🇦🇺 Avstraliya vizası
Ümumi məlumat
- Viza müraciəti Avstralia səfirliyinə online edilir.
- Prosesə səyahətdən ən az 3 ay öncədən başlamaq tövsiyə edilir.
- Viza müraciətinə cavab adətən 60 günə verilir.
Qeydlər
Avstraliya vizasına müracəit online edilir. Buna baxmayaraq, səfirlik tərəfindən müsahibəyə çağrıla bilərsiniz. Bunun üçün müraciət zamanı olduğunuz ölkəyə ən yaxın ölkələrdən birini seçmək lazımdır. Azərbaycan üçün adətən Abu Dabi (BƏƏ) və ya Ankara (Türkiyə) seçməyi tövsiyə edirik.
Xidmət haqqı və rüsumlar
Visum.az tərəfindən göstərilən tam xidmət paketi
Rüsumlar
-
Viza rüsumu
200 AUD ≈ 243 AZN
Bu ödənişlər Visum.az-a deyil, rəsmi qurumlara ödənilir.
İmtinadan sığortalanmaq istəyirsən?
Əlavə 60 AZN ödəməklə, imtina zamanı 200 AZN xidmət haqqını tam geri alırsınız.
- Rəsmi rüsumlar geri qaytarılmır
- 90 gün ərzində ikinci müraciət ödənişsizdir
- 3 nəfərdən çox müraciət olduqda – 1 nəfərə 30% endirim
- 5 nəfərdən çox müraciət olduqda – 1 nəfər tam pulsuz
Visum.az xidmət haqqına daxildir
- Viza müraciətindən öncə konsultasiya
- Sənədlərin hazırlanması üzrə təlimat
- Sənədlərin müraciətdən öncə yoxlanılması
- Müraciət formunun dəqiq doldurulması
- Sənədlərin tərcüməsi
İmtina sığortası
Xidmət haqqına əlavə 30% ödəməklə imtina sığortası əldə edə bilərsiniz. Bu viza üçün sığorta haqqı: 60 AZN.
- İmtina olarsa — 200 AZN xidmət haqqı tam geri qaytarılır.
- Sığorta haqqı (60 AZN) və rəsmi rüsumlar (200 AUD) geri qaytarılmır.
- Viza müsbət nəticələnərsə, ödəniş geri qaytarılmır.
- İmtina halında 90 gün ərzində ikinci müraciət üçün xidmət haqqı tələb olunmur.
- Rəsmi viza və mərkəz rüsumları hər müraciət üçün ayrıca ödənilir.
Sığortadan toplanan vəsaitin 50%-i Visum.az Academy-də ödənişsiz təhsil alan tələbələrin təhsilinə yönləndirilir.
Tələb olunan sənədlər
Şəxsi sənədlər *
- Pasportun skanı
- Varsa son 5 ildə alınmış vizaların surəti
- 3.5x4.5 ölçüdə biometrik şəkil
İşləyənlər üçün *
- İş yerindən arayış
- Əmək haqqı kartından son 6 ayın çıxarışı
Sahibkarlar üçün *
- Vergi şəhadətnaməsi
- Sahibkarsınızsa son 1 ilin dövriyyə arayışı (DVX-dən)
Maliyyə ilə bağlı sənədlər *
- Səyahət xərclərinizi qarşılayacaq məbləğin olduğu bank hesabından son 6 ayın çıxarışı
Evli olanlar üçün
- Nikah haqqında şəhadətnamə
Övladı olanlar üçün
- 18 yaşına qədər övladlarınızın doğum haqqında şəhadətnaməsi
Mülkü olanlar üçün
- Mülkiyyətin çıxarışı
- Avtomobilin texniki şəhadətnaməsi
Bizim tərəfimizdən təmin edilir *
- Dəqiq doldurulmuş müraciət formu
Əlavə ödənişli xidmətlər
- Səyahət sığortası — səyahətiniz boyu güvəndə hiss etmək üçün
- Səyahət boyu internet — Tripocell eSim ilə hər zaman online
- Peşəkar səyahət planlaması — qayğısız səyahət