🇦🇹 Avstriya Şengen vizası
Ümumi məlumat
- Avstriya turist vizasına müraciət VFS vasitəsilə edilir.
- Prosesə səyahətdən ən az 2 ay öncədən başlamaq tövsiyə edilir.
- Viza müraciətinə cavab adətən 7 günə verilir.
Xidmət haqqına daxildir
Konsultasiya
Təlimat
Görüş vaxtı
Sənəd yoxlaması
Form doldurma
Rezervasiya
Əlavə ödənişli xidmətlər
Sığorta
Notarial təsdiq
İnternet
Səyahət planı
Tələb olunan sənədlər
Şəxsi sənədlər *
- Pasportun əsli
- Pasportun əsas səhifəsinin surəti
- Varsa son 5 ildə alınmış Şengen vizalarının surəti
- 3.5x4.5 ölçüdə biometrik şəkil
İşləyənlər üçün *
- İş yerindən arayış, ingilis dilində və ya notarial təsdiqli tərcüməsi
- İş yerindən arayış (e-gov) və notarial təsdiqli tərcüməsi
- Əmək haqqı kartından son 3 ayın çıxarışı
Sahibkarlar üçün *
- Vergi şəhadətnaməsi və notarial təsdiqli tərcüməsi
- Sahibkarsınızsa son 1 ilin dövriyyə arayışı (DVX-dən) və notarial təsdiqli tərcüməsi
Maliyyə ilə bağlı sənədlər *
- Səyahət xərclərinizi qarşılayacaq məbləğin olduğu bank hesabından son 3 ayın çıxarışı
Evli olanlar üçün
- Nikah haqqında şəhadətnamə və notarial təsdiqli tərcüməsi
Övladı olanlar üçün
- 18 yaşına qədər övladlarınızın doğum haqqında şəhadətnaməsi və notarial təsdiqli tərcüməsi
Mülkü olanlar üçün
- Mülkiyyətin çıxarışı və notarial təsdiqli tərcüməsi
- Avtomobilin texniki şəhadətnaməsi
Bizim tərəfimizdən təmin edilir *
- Səyahət planı məktubu
- Dəqiq doldurulmuş müraciət formu
- Aviabilet rezervasiyası
- Hotel rezervasiyası
- Səyahət sığortası (əlavə ödənişlə)
Bunlar əsas sənədlərdir. Əlavə sənədlər tələb oluna bilər. * işarəli sənədlərin təqdimi vacibdir.