🇳🇱 Niderland – Şengen vizası
Ümumi məlumat
- Niderland turist vizasına müraciət Capago vasitəsilə edilir.
- Prosesə səyahətdən ən az 3 ay öncədən başlamaq tövsiyə edilir.
- Viza müraciətinə cavab adətən 10 günə verilir.
Qeydlər
Niderland vizası Fransa səfirliyi tərəfindən verilir.
Ödəniş
İmtina sığortası olmadan
230 AZN
İmtina sığortası ilə 🛡️
260 AZN
Visum.az xidmət haqqı
100 AZN
≈ 100 AZN
Əvvəlcədən ödənilir
Capago rüsumu
30 EUR
≈ 60 AZN
Əvvəlcədən ödənilir
Viza rüsumu
35 EUR
≈ 70 AZN
Görüş günü ödənilir
💡 Bir qrupdan 2-dən çox müraciətçi olarsa, 1 nəfərə xidmət haqqına 30% endirim edilir.
Visum.az xidmət haqqına daxildir:
- Viza müraciətindən öncə konsultasiya
- Sənədlərin hazırlanması üzrə təlimat
- Görüş vaxtının təyini
- Sənədlərin müraciətdən öncə yoxlanılması
- Müraciət formunun dəqiq doldurulması
- Aviabilet və hotel rezervasiyaları
- Visum.az tərəfindən təmin edilən faylların çapı və ünvana göndərilməsi
İmtina sığortası
Müştəri xidmət haqqına əlavə 30% ödəməklə imtina sığortası əldə edə bilər. Bu viza üçün sığorta haqqı: 30 AZN.
- Əgər müştəri imtina alarsa – xidmət haqqı (100 AZN) tam olaraq geri qaytarılır.
- Sığorta haqqı (30 AZN) və viza rüsumları (30 EUR + 35 EUR) geri qaytarılmır.
- Əgər viza müsbət nəticələnərsə, heç bir ödəniş qaytarılmır.
- Bütün müştərilər (sığortalı və sığortasız) imtina alarsa, 90 gün ərzində ikinci müraciət üçün xidmət haqqından azad olunur.
- 90 gün müddəti ilk ödənişin edildiyi gündən hesablanır.
- Viza və viza mərkəzi rüsumları (30 EUR + 35 EUR) hər müraciət üçün ayrıca ödənilir.
💜
Sığortadan yığılan məbləğin yarısı Visum.az Academy-də ödənişsiz təhsil alan tələbələrin təhsili üçün ayrılır.
Əlavə ödənişli xidmətlər:
- Sənədlərin notarial tərcümə və təsdiqi
- Səyahət boyu internet — Tripocell eSim ilə hər zaman online
- Peşəkar səyahət planlaması — qayğısız səyahət