🇸🇪 İsveç Şengen vizası
Ümumi məlumat
- İsveç turist vizasına müraciət Capago vasitəsilə edilir.
- Prosesə səyahətdən ən az 3 ay öncədən başlamaq tövsiyə edilir.
- Viza müraciətinə cavab adətən 10 günə verilir.
Xidmət haqqı və rüsumlar
RƏSMİ RÜSUMLAR
129 AZN
Bu ödənişlər Visum.az-a deyil, rəsmi qurumlara ödənilir.
-
Capago rüsumu
30 EUR ≈ 60 AZN
-
Viza rüsumu
35 EUR ≈ 69 AZN
100 AZN
0 AZN
Hilal ilə qrup turu iştirakçısı olaraq, xidmət haqqından tam azadsınız.
Visum.az xidmət haqqına daxildir
- Viza müraciətindən öncə konsultasiya
- Sənədlərin hazırlanması üzrə təlimat
- Görüş vaxtının təyini
- Sənədlərin müraciətdən öncə yoxlanılması
- Müraciət formunun dəqiq doldurulması
- Aviabilet və hotel rezervasiyaları
Tələb olunan sənədlər
Şəxsi sənədlər *
- Pasportun əsli
- Pasportun əsas səhifəsinin surəti
- Varsa son 5 ildə alınmış Şengen vizalarının surəti
- 3.5x4.5 ölçüdə biometrik şəkil
İşləyənlər üçün *
- İş yerindən arayış, ingilis dilində və ya notarial təsdiqli tərcüməsi
- İş yerindən arayış (e-gov) və notarial təsdiqli tərcüməsi
- Əmək haqqı kartından son 3 ayın çıxarışı
Sahibkarlar üçün *
- Vergi şəhadətnaməsi və notarial təsdiqli tərcüməsi
- Sahibkarsınızsa son 1 ilin dövriyyə arayışı (DVX-dən) və notarial təsdiqli tərcüməsi
Maliyyə ilə bağlı sənədlər *
- Səyahət xərclərinizi qarşılayacaq məbləğin olduğu bank hesabından son 3 ayın çıxarışı
Evli olanlar üçün
- Nikah haqqında şəhadətnamə və notarial təsdiqli tərcüməsi
Övladı olanlar üçün
- 18 yaşına qədər övladlarınızın doğum haqqında şəhadətnaməsi və notarial təsdiqli tərcüməsi
Mülkü olanlar üçün
- Mülkiyyətin çıxarışı və notarial təsdiqli tərcüməsi
- Avtomobilin texniki şəhadətnaməsi
Bizim tərəfimizdən təmin edilir *
- Səyahət planı məktubu
- Dəqiq doldurulmuş müraciət formu
- Aviabilet rezervasiyası
- Hotel rezervasiyası
- Səyahət sığortası (əlavə ödənişlə)
Qeyd: Bunlar əsas sənədlərdir. Sponsorla və ya dəvətnamə ilə səyahət edən şəxslərdən əlavə sənədlər tələb oluna bilər.
İngilis dilində olmayan bütün sənədlər ingilis dilinə tərcümə edilməlidir.
Qarşısında * işarəsi olan sənədlərin təqdim edilməsi vacibdir, əks halda sadəcə müraciətinizi gücləndirmə xarakteri daşıyır.
Əlavə ödənişli xidmətlər
- Səyahət sığortası — səyahətiniz boyu güvəndə hiss etmək üçün
- Sənədlərin notarial tərcümə və təsdiqi
- Səyahət boyu internet — Tripocell eSim ilə hər zaman online
- Peşəkar səyahət planlaması — qayğısız səyahət