🇨🇭 İsveçrə Şengen vizası
Ümumi məlumat
- Viza müraciəti birbaşa İsveçrə səfirliyinə edilir.
- Prosesə səyahətdən ən az 1 ay öncədən başlamaq tövsiyə edilir.
- Viza müraciətinə cavab adətən 15 günə verilir.
Xidmət haqqı və rüsumlar
100 AZN
Visum.az tərəfindən göstərilən tam xidmət paketi
Rüsumlar
-
Viza rüsumu
35 EUR ≈ 71 AZN
Əlavə xərclərin cəmi
71 AZN
Bu ödənişlər Visum.az-a deyil, rəsmi qurumlara ödənilir.
İmtinadan sığortalanmaq istəyirsən?
Əlavə 30 AZN ödəməklə, imtina zamanı 100 AZN xidmət haqqını tam geri alırsınız.
- Rəsmi rüsumlar geri qaytarılmır
- 90 gün ərzində ikinci müraciət ödənişsizdir
💡 Qrup Endirimi:
- 3 nəfərdən çox müraciət olduqda – 1 nəfərə 30% endirim
- 5 nəfərdən çox müraciət olduqda – 1 nəfər tam pulsuz
Visum.az xidmət haqqına daxildir
- Viza müraciətindən öncə konsultasiya
- Sənədlərin hazırlanması üzrə təlimat
- Görüş vaxtının təyini
- Sənədlərin müraciətdən öncə yoxlanılması
- Müraciət formunun dəqiq doldurulması
- Aviabilet və hotel rezervasiyaları
İmtina sığortası
Xidmət haqqına əlavə 30% ödəməklə imtina sığortası əldə edə bilərsiniz. Bu viza üçün sığorta haqqı: 30 AZN.
- İmtina olarsa — 100 AZN xidmət haqqı tam geri qaytarılır.
- Sığorta haqqı (30 AZN) və rəsmi rüsumlar (35 EUR) geri qaytarılmır.
- Viza müsbət nəticələnərsə, ödəniş geri qaytarılmır.
- İmtina halında 90 gün ərzində ikinci müraciət üçün xidmət haqqı tələb olunmur.
- Rəsmi viza və mərkəz rüsumları hər müraciət üçün ayrıca ödənilir.
💜
Sığortadan toplanan vəsaitin 50%-i Visum.az Academy-də ödənişsiz təhsil alan tələbələrin təhsilinə yönləndirilir.
Tələb olunan sənədlər
Şəxsi sənədlər *
- Pasportun əsli
- Pasportun əsas səhifəsinin surəti
- Varsa son 5 ildə alınmış Şengen vizalarının surəti
- 3.5x4.5 ölçüdə biometrik şəkil
İşləyənlər üçün *
- İş yerindən arayış, ingilis dilində və ya notarial təsdiqli tərcüməsi
- İş yerindən arayış (e-gov) və notarial təsdiqli tərcüməsi
- Əmək haqqı kartından son 3 ayın çıxarışı
Sahibkarlar üçün *
- Vergi şəhadətnaməsi və notarial təsdiqli tərcüməsi
- Sahibkarsınızsa son 1 ilin dövriyyə arayışı (DVX-dən) və notarial təsdiqli tərcüməsi
Maliyyə ilə bağlı sənədlər *
- Səyahət xərclərinizi qarşılayacaq məbləğin olduğu bank hesabından son 3 ayın çıxarışı
Evli olanlar üçün
- Nikah haqqında şəhadətnamə və notarial təsdiqli tərcüməsi
Övladı olanlar üçün
- 18 yaşına qədər övladlarınızın doğum haqqında şəhadətnaməsi və notarial təsdiqli tərcüməsi
Mülkü olanlar üçün
- Mülkiyyətin çıxarışı və notarial təsdiqli tərcüməsi
- Avtomobilin texniki şəhadətnaməsi
Bizim tərəfimizdən təmin edilir *
- Səyahət planı məktubu
- Dəqiq doldurulmuş müraciət formu
- Aviabilet rezervasiyası
- Hotel rezervasiyası
- Səyahət sığortası (əlavə ödənişlə)
Qeyd: Bunlar əsas sənədlərdir. Sponsorla və ya dəvətnamə ilə səyahət edən şəxslərdən əlavə sənədlər tələb oluna bilər. İngilis dilində olmayan bütün sənədlər ingilis dilinə tərcümə edilməlidir. Qarşısında * işarəsi olan sənədlərin təqdim edilməsi vacibdir, əks halda sadəcə müraciətinizi gücləndirmə xarakteri daşıyır.
Əlavə ödənişli xidmətlər
- Səyahət sığortası — səyahətiniz boyu güvəndə hiss etmək üçün
- Sənədlərin notarial tərcümə və təsdiqi
- Səyahət boyu internet — Tripocell eSim ilə hər zaman online
- Peşəkar səyahət planlaması — qayğısız səyahət