Tez-tez verilən suallar

Viza müraciəti, sığorta, endirimlər və proses haqqında cavablar

Viza müraciəti
Şengen vizasını səfəriniz müddətində ən çox qalacağınız Şengen ölkəsi, əgər günlərin sayı bərabərdirsə, ilk giriş edəcəyiniz Şengen ölkəsinin səfirliyindən almalısınız.
Hazırda Polşa, İsveçrə və Yunanıstan səfirlikləri viza mərkəzi olmadan birbaşa səfirlikdə sənəd qəbulunu həyata keçirirlər.
İmtina sığortası

Müştəri xidmət haqqına əlavə 30% ödəməklə imtina sığortası əldə edə bilər. Bu sığorta vizadan imtina halında xidmət haqqının tam geri qaytarılmasını təmin edir.

  • Viza nəticəsi imtina olarsa — xidmət haqqı tam geri qaytarılır.
  • Sığorta haqqı və viza rüsumları geri qaytarılmır.
  • Viza müsbət nəticələnərsə, heç bir məbləğ geri qaytarılmır.
Sığortadan yığılan məbləğin yarısı Visum.az Academy-də ödənişsiz təhsil alan tələbələrin təhsili üçün ayrılır.

Bu, müraciətçinin imtina sığortası alıb-almamasından asılıdır:

  • Sığortanız varsa: vizadan imtina halında xidmət haqqı tam olaraq geri qaytarılır.
  • Sığortanız yoxdursa: ödəniş geri qaytarılmır, lakin 90 gün ərzində eyni viza üçün yenidən müraciət edə bilərsiniz — xidmət haqqından azad olursunuz.
  • Viza və mərkəz rüsumları hər iki halda geri qaytarılmır.
İmtina və təkrar müraciət

Sığortalı və ya sığortasız — müraciətçi vizadan imtina alarsa, 90 gün ərzində ikinci müraciət üçün xidmət haqqından azad olunur.

  • 90 günlük müddət ilk ödənişin edildiyi gündən hesablanır.
  • Viza və viza mərkəzi rüsumları hər müraciət üçün ayrıca ödənilir.
  • Sığortalı müştərilərə xidmət haqqı tam qaytarılır və bununla yanaşı ikinci müraciət haqqı əldə edir.
Endirimlər

Bəli. Əgər bir qrupdan 3-dən çox müraciətçi eyni anda müraciət edərsə, həmin qrup üzvlərindən 1 nəfərə 30% endirim tətbiq olunur.

  • Endirim yalnız Visum.az xidmət haqqına tətbiq edilir.
  • Viza və mərkəz rüsumları əvvəlki kimi tam ödənilir.
  • Endirimli müraciət Visum.az tərəfindən seçilir və qrup rəhbərinə bildirilir.

Sualınızın cavabını tapmadınız?

Bizimlə əlaqə saxlayın — peşəkar komandamız sizə kömək etməyə hazırdır.