Məzmuna keç

Məxfilik Siyasəti

Son yenilənmə: 12.10.2026

Biz kimik

Bizim vebsayt ünvanımız: https://visum.az

Bu saytın sahibi: Neo Travel Group

Topladığımız şəxsi məlumatlar və niyə toplayırıq

Şəxsi məlumatlar: ad, soyad, doğum tarixi, əlaqə nömrəsi, email ünvanı, pasport və digər sənəd məlumatları.

Texniki məlumatlar: IP ünvanı, brauzer növü, cookies və istifadəçi davranışı barədə analitika məlumatları.

Müqavilə və əməliyyat məlumatları: ödənişlər, alış-satış əməliyyatları, müraciət tarixçəsi.

Bu məlumatlar yalnız vizaya müraciət, xidmətlərin göstərilməsi, hüquqi tələblərin yerinə yetirilməsi və müştəri dəstəyi məqsədilə istifadə olunur.

Fayllar

Bizə göndərdiyiniz məlumat və fayllar yalnız viza müraciətinin hazırlanması və icrası üçün zəruri olduğu həddə müvafiq səfirlik, konsulluq və onların səlahiyyətli müraciət mərkəzlərinə təqdim edilə bilər.

Səyahət sığortası rəsmiləşdirildikdə sığorta üçün zəruri olan pasport məlumatları sığorta xidmətini göstərən tərəfə ötürülə bilər.

Bu hallar istisna olmaqla, şəxsi məlumatlarınız razılığınız olmadan viza xidmətinə aidiyyəti olmayan üçüncü şəxslərlə paylaşılmır.

Əlaqə formaları

İstifadəçilərin əlaqə formaları vasitəsilə daxil etdiyi şəxsi məlumatlar yalnız müraciətin cavablandırılması və xidmətin göstərilməsi məqsədilə saxlanılır. Bu məlumatlar marketinq məqsədləri üçün istifadə edilmir.

Cookies

Saytımız funksionallığı təmin etmək üçün cookies istifadə edir.

Analitika

Saytda anonim istifadəçi davranışını izləmək üçün analitika xidmətlərindən istifadə oluna bilər. Bu məlumatlar şəxsi identifikasiyanı ehtiva etmir.

Məlumatların saxlanması

Şəxsi məlumatlarınız və elektron sənədləriniz sistemimizdə maksimum 10 (on) il saxlanılır. Bu məlumatlar növbəti müraciətlərinizin daha sürətli və səmərəli işlənməsi üçün də istifadə oluna bilər.

Visum.az-da pasportunuz və digər orijinal sənədləriniz saxlanılmır.

Müraciətçi hüquqları

Müraciətçilər şəxsi məlumatlarına baxmaq, düzəliş etmək və ya silinməsini tələb etmək hüququna malikdirlər. Bunun üçün info@visum.az ünvanına müraciət edə bilərlər.

Qanunvericiliklə saxlanılması tələb olunan, mühasibat və maliyyə uçotu, ödənişlərin və geri qaytarmaların təsdiqi, müqavilənin bağlanması və icrasının sübutu, habelə hüquqi mübahisə və ya müdafiə üçün zəruri olan məlumatlar silinmə tələbinə baxmayaraq saxlanıla bilər.

Əlaqə məlumatları

Məxfiliklə bağlı suallarınız üçün bizimlə əlaqə saxlayın: