Məzmuna keç

Tez-tez verilən suallar

Viza müraciəti, qiymətlər, təminat, endirimlər və statistika haqqında cavablar

Viza müraciəti
Şengen vizasını səfəriniz müddətində ən çox qalacağınız Şengen ölkəsi, əgər günlərin sayı bərabərdirsə, ilk giriş edəcəyiniz Şengen ölkəsinin səfirliyindən almalısınız.

Hazırda aşağıdakı vizalar üzrə dəstək göstəririk:

  • Şengen vizaları (22): Almaniya, Avstriya, Bolqarıstan, Çexiya, Estoniya, Finlandiya, Fransa, İspaniya, İsveç, İsveçrə, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Xorvatiya və Yunanıstan
  • Xüsusi vizalar (4): ABŞ, Avstraliya, Böyük Britaniya və Kanada
  • Elektron vizalar (7): Hindistan, Honq Konq, İndoneziya, Kuba, Səudiyyə Ərəbistanı, Tailand və Vyetnam
  • Digər vizalar (3): Braziliya, Cənubi Koreya və Monteneqro

Hər vizanın qiyməti, müddəti və şərtləri Vizalar səhifəsində öz bölməsində göstərilir.

  • Vizanın səhifəsindən “Müraciət et” düyməsi ilə onlayn formu doldurursunuz.
  • Sizə şəxsi kurator təyin olunur və bu barədə e-poçtla məlumat alırsınız.
  • E-poçtunuza hesab-faktura göndərilir, ödənişi “Onlayn ödə” düyməsi ilə tamamlayırsınız.
  • Kurator sənədlərin siyahısını verir, hazırladığınız sənədləri yoxlayır və ərizə formanızı doldurur.
  • Görüş gününüz təyin olunur; tarix, saat və ünvan (xəritə keçidi ilə) e-poçtunuza göndərilir.
  • Sənədləri təqdim edirsiniz və nəticəni gözləyirik. Müraciətinizin vəziyyətini profilinizdən izləyə bilərsiniz.

Bu, ölkədən asılıdır. Viza mərkəzləri üzrə bölgü belədir:

  • VFS Global: Avstriya, Bolqarıstan, Çexiya, Estoniya, Finlandiya, İtaliya, Latviya, Litva, Slovakiya və Xorvatiya
  • Capago: Fransa, İspaniya, İsveç, Lüksemburq, Niderland və Portuqaliya
  • TLScontact: Almaniya
  • BLS International: Macarıstan
  • Birbaşa səfirliyə: İsveçrə, Polşa, Rumıniya və Yunanıstan

Görüş günü təyin olunanda dəqiq ünvan və xəritə keçidi e-poçtunuza göndərilir.

Hazırda İsveçrə, Polşa, Rumıniya və Yunanıstan səfirlikləri viza mərkəzi olmadan birbaşa səfirlikdə sənəd qəbulunu həyata keçirirlər.

İspaniya, İsveç, Lüksemburq, Niderland və Portuqaliya vizası üçün sənədləri Capago viza mərkəzi vasitəsilə Fransa səfirliyi qəbul edir və qərarı da o verir.

Ona görə bu vizaların statistikası Fransa səfirliyinin göstəriciləri ilə birgə hesablanır.

Hər vizanın səhifəsində real müraciətlərimizə əsasən hesablanmış ümumi proses müddəti və hazırda hansı aya olan səyahət üçün müraciət etməli olduğunuz göstərilir.

Bu müddətdən gec müraciət etmək risklidir: səfirliyin sənədlərinizi vaxtında qəbul edəcəyinə və görüş gününün təyin olunacağına zəmanət vermirik. Addımlar üzrə müddətlərə Viza statistikası səhifəsində baxa bilərsiniz.

Tam siyahı Şengen vizası üçün lazım olan sənədlər səhifəsindədir. Müraciət etdikdən sonra kuratorunuz sizin vəziyyətinizə uyğun siyahını ayrıca göndərir.
Qiymət və ödəniş

Xidmət haqqı vizadan asılıdır:

  • Şengen vizaları: 100 AZN
  • Xüsusi vizalar: Böyük Britaniya — 150 AZN; ABŞ — 200 AZN; Kanada — 400 AZN; Avstraliya — 300 AZN
  • Elektron vizalar: 50 AZN
  • Digər vizalar: 100 AZN

Rəsmi rüsumlar (viza rüsumu və viza mərkəzinin rüsumu) xidmət haqqına daxil deyil.

Şengen vizaları üçün xidmət haqqına daxildir:

  • Müraciətdən öncə konsultasiya
  • Sənədlərin hazırlanması üzrə təlimat
  • Görüş gününün təyini
  • Sənədlərin yoxlaması
  • Ərizə formasının doldurulması
  • Aviabilet və hotellərin rezervasiyası

Dəqiq siyahı hər vizanın səhifəsində “Xidmət haqqına daxildir” bölməsində göstərilir.

  • Şengen viza rüsumu 35 EUR-dur.
  • Viza mərkəzinin rüsumu ölkədən asılıdır və vizanın səhifəsində göstərilir.
  • Hər vizanın səhifəsində “Əvvəlcədən ödəyəcəyiniz məbləğ” (xidmət haqqı və əvvəlcədən yığılan rüsumlar) və “Görüş günü ödəyəcəyiniz məbləğ” ayrıca yazılır.
  • Rəsmi rüsumlar birbaşa rəsmi qurumlara ödənilir və heç bir halda geri qaytarılmır.
Kurator təyin edildikdən sonra e-poçtunuza hesab-faktura göndərilir. “Onlayn ödə” düyməsinə keçid edərək ödənişi bank kartı ilə tamamlaya bilərsiniz.
Bəli. Visum.az həm müraciətçinin, həm özünün hüquqlarını qorumaq və etibarlı əməkdaşlıq etmək üçün bütün müraciətçilərlə xidmət müqaviləsi bağlayır.
Geri qaytarma təminatı

Müştəri xidmət haqqına əlavə 30% ödəməklə “İmtina halında geri qaytarma təminatı” əldə edə bilər. Bu təminat vizadan imtina halında xidmət haqqının tam geri qaytarılmasını təmin edir.

  • Viza nəticəsi imtina olarsa — xidmət haqqı tam geri qaytarılır.
  • Təminat üçün ödənilmiş məbləğ və viza rüsumları geri qaytarılmır.
  • Təminat yalnız ilkin sifariş zamanı əldə edilə bilər, sonradan xidmətə əlavə olunmur.
  • Geri qaytarma üçün rəsmi imtina sənədini təqdim etməlisiniz — məbləğ 5 iş günü ərzində ödəniş etdiyiniz karta qaytarılır.
  • Yanlış məlumat və ya saxta sənəd səbəbindən verilən imtinaya şamil edilmir.
  • Viza müsbət nəticələnərsə, heç bir məbləğ geri qaytarılmır.
  • Təminat bütün vizalarda təklif olunmur — mövcuddursa, vizanın səhifəsində məbləği ilə birlikdə göstərilir.
Təminatdan yığılan məbləğin yarısı Visum.az Academy-də ödənişsiz təhsil alan tələbələrin təhsili üçün ayrılır.

Bu, müraciətçinin geri qaytarma təminatı alıb-almamasından asılıdır:

  • Təminatınız varsa: vizadan imtina halında xidmət haqqı tam olaraq geri qaytarılır.
  • Təminatınız yoxdursa: ödəniş geri qaytarılmır, lakin viza cavabı alındıqdan sonra 30 gün ərzində eyni viza üçün yenidən müraciət edə bilərsiniz — xidmət haqqından azad olursunuz.
  • Viza və mərkəz rüsumları hər iki halda geri qaytarılmır.
İmtina və təkrar müraciət

Təminatlı və ya təminatsız — müraciətçi vizadan imtina alarsa, viza cavabı alındıqdan sonra 30 gün ərzində ikinci müraciət üçün xidmət haqqından azad olunur.

  • 30 günlük müddət viza cavabının alındığı gündən hesablanır.
  • Viza və viza mərkəzi rüsumları hər müraciət üçün ayrıca ödənilir.
  • Təminatı olan müştərilərə xidmət haqqı tam qaytarılır və bununla yanaşı ikinci müraciət haqqı əldə edir.
Endirimlər

Bəli, eyni anda birlikdə müraciət edən qruplar üçün:

  • 3 və daha çox müraciətçi — 3-cü şəxsə xidmət haqqında 30% endirim.
  • 5 və daha çox müraciətçi — 1 nəfər üçün xidmət haqqı ödənişsizdir.
  • Endirim yalnız Visum.az xidmət haqqına tətbiq edilir; viza və mərkəz rüsumları tam ödənilir.

Dəqiq məbləği hər vizanın səhifəsindəki “Qrup endirimi” kalkulyatorunda müraciətçi sayını seçərək görə bilərsiniz.

Bəli. Korporativ əməkdaşlıq çərçivəsində endirimlər üçün Tərəfdaşlıq Proqramı səhifəsinə baxın.
Statistika

Hər vizanın səhifəsində və kartında öz müraciətlərimizin real nəticə faizi göstərilir.

Vizalar üzrə nəticə faizləri və addımlar arası orta müddətlər Viza statistikası səhifəsindədir.

2025-ci il üzrə rəsmi Şengen konsulluq statistikasına (Azərbaycan) görə:

  • Ən yüksək müsbət cavab payı: Yunanıstan (96%), Avstriya (95,3%), Çexiya (94,8%).
  • Ən çox imtina: Bolqarıstan (26,1%), Slovakiya (19%), Xorvatiya (16,9%).
  • Ən çox çoxgirişli viza verən: Avstriya (94,8%), İsveçrə (69,6%), Almaniya (64,1%).

15 ölkənin tam siyahısı 2025 rəsmi göstəricilər bölməsindədir; hər Şengen vizasının səhifəsində də həmin ölkənin göstəriciləri və yeri verilib.

Sualınızın cavabını tapmadınız?

Bizimlə əlaqə saxlayın — peşəkar komandamız sizə kömək etməyə hazırdır.